×
A
A
A
Sazlamalar

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Bakı, 30 avqust, AZƏRTAC

Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Təşkilatı çərşənbə günü ölkəni bürüyən güclü daşqınlardan sonra fəlakət bölgəsindəki Bhote Koşi çayında suyun səviyyəsinin qalxması barədə xəbərdarlıq edib.
Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.
“Rasuva ərazisindəki Bhote Koşi çayının suyunun səviyyəsinin və axın sürətinin artmağa davam etməsi barədə məlumatlar almışıq. Buna görə də axtarış-xilasetmə əməliyyatlarında və yardım işlərində iştirak edən hər kəsi, eləcə də sakinləri ehtiyatlı olmağa çağırırıq", - deyə təşkilatın mlumatında bildirilib.
Xatırladaq ki, Nepalda baş verən daşqın nəticəsində çoxlu insan ölüb, yaralanıb və itkin düşüb.

 

Dünya 2026-08-30 08:14:00