


Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər
Bakı, 30 avqust, AZƏRTAC
Qlobal bazarda gübrə çatışmazlığı olarsa, Amerika Birləşmiş Ştatları (ABŞ) ərzaq böhranı ilə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin beyin mərkəzi olan Heartland İnstitutunun məsləhətçisi Jeff Steir “The Wall Street Journal”da dərc olunan məqalədə bildirib.
"Çin, Rusiya və İran qlobal gübrə bazarına nəzarət edir. Bu, ərzağın qiymətinin bahalaşmasına səbəb ola bilər", - deyə o vurğulayıb.
Steir yazıb ki, Ukrayna münaqişəsi, Çinin gübrə ixracını azaltması və Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı yaranan problemlər sözügedən məhsulun qiymətinin dəyişkən olmasına şərait yaradır.
O hesab edib ki, ABŞ daxili gübrə təchizatı zəncirini gücləndirməli, eyni zamanda, daxili neft və qaz istehsalını artırmalıdır. "Təbii qaz azot gübrəsi üçün vacib xammaldır. Neftin və qazın emalı nəticəsində isə fosfat gübrəsi üçün vacib olan xeyli miqdarda kükürd əmələ gəlir. Enerji və ərzaq təhlükəsizlikləri ayrılmazdır", - deyə Jeff Steir diqqətə çatdırıb.
Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər
Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib
Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb
Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb