


Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
Bakı, 29 avqust, AZƏRTAC
Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazın səhhətində problem yaranıb.
AZƏRTAC xəbər verir ki, bu ölkə mediasının yaydığı məlumata görə, aktyor ürək nahiyəsində yaranan problemlə əlaqədar təcili tibbi yardıma müraciət edib. O, bundan sonra xəstəxanaya aparılıb, müvafiq müayinə və müalicə prosesləri həyata keçirilib. Onun hazırda xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilib.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Cem Yılmazın səhhəti ilə bağlı açıqlama yayıb. O, aktyorun vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb.
Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər
Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib
Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb
Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb