


Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
Bakı, 29 avqust, AZƏRTAC
Danimarka parlamenti hökumətin səfərbərlik yaşına düşən ukraynalı kişilərə bu ölkədə yaşayış icazəsinin verilməsinin dayandırılması təklifini dəstəkləyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, indi müvafiq yaşda olan ukraynalı kişilər Danimarkaya gəlib köçkünlər üçün xüsusi qanuna uyğun olaraq yaşayış icazəsi ala bilməyəcəklər. Yalnız hərbi xidmətdən azad olmanı təsdiq edən sənədlərlə bu icazəsi almaq mümkün olacaq. Xüsusi qanuna edilən dəyişiklik cari il iyunun 25-dən sonra təqdim olunan ərizələrə şamil ediləcək.
Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər
Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib
Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb
Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb