


® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
“YAŞAT” Fondunun və “PAŞA Holding”in birgə təşkilatçılığı, AZAL-ın dəstəyi ilə altıncı dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır.
Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar I-XI siniflərdə təhsil alan şəhid övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.
Respublikanın bütün ərazisi üzrə 950-dən çox şəhidin 1600-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. Ümumilikdə məktəblilərin 850 nəfərə qədəri oğlan, 740 nəfərə qədəri isə qızdır.
Layihə hazırda davam edir və hədiyyə qutularının şəhid övladlarına çatdırılması mərhələli şəkildə həyata keçirilir.
Hesablama Palatasında kollegiya iclası olub
® Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən
Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır