


Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb
Xaçmaz, 28 avqust, AZƏRTAC
Xaçmaz rayonu üzrə 1116 nəfər ali məktəblərə sənəd verib. İlkin nəticələrə əsasən, məzunlardan 613-ü tələbə adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlar, habelə respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçıları ilə görüş zamanı məlumat verilib.
Bildirilib ki, tədris ili ərzində 17 nəfər qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb, 6 nəfər respublika fənn olimpiadalarının, 1 şagird isə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçısı olub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları və müsabiqələrdə uğur əldə edən şagirdləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Ölkəmizdə təhsilin inkişafına yönəlmiş dövlət siyasətindən bəhs edən icra başçısı Ümummilli Lider Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Görüşdə Xaçmaz rayonunda təhsilin inkişafı, maddi-texniki bazanın yenilənməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb.
Tədbirdə iştirak edən müəllim və şagirdlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunlara, habelə respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçılarına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Müxbir- Elxan Yusifli
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb