


“Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri görür
Bakı, 28 avqust, AZƏRTAC
Regionların iqtisadi sosial inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC paytaxtda və bölgələrdə elektrik təsərrüfatının yenilənməsi, eləcə də əsaslı təmir işlərini davam etdirir. Görülən işlər çərçivəsində Zərdabın da bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenidən qurulur.
ASC-dən AZƏRTAC-a bildirilib ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 110/35/10 kV-luq “Zərdab” yarımstansiyasının tikintisinə start verilib. Yarımstansiya istismara verildikdən sonra rayon mərkəzini və kəndləri dayanıqlı elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq “Məlikli”, “Əlvənd” və “Zərdab”, 35/6 kV-luq “Kür-Nasos” yarımstansiyaları yeni güc mərkəzindən qidalanacaq. Beləliklə, yeni yaradılacaq yarımstansiya vasitəsilə şəhər ərazisi və 30 kənd keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq.
Yenidənqurma işləri çərçivəsində rayonun bir sıra yaşayış məntəqələrində 0.4 və 10 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulur. Gödəkqobu kəndində 4 ədəd müxtəlif güclü yeni 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 0.4 və 10 kV-luq metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Yaşayış məntəqəsi elektron tipli sayğaclarla təchiz olunur.
Dəkkəoba kəndinin də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Yaşayış məntəqəsində 5 ədəd müasir tipli KTM quraşdırılıb. Bundan əlavə rayonun Pərvanlı və İsaqbağı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.
Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı FOTO
“Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri görür
Ağdaşda yük maşınlarının toqquşması ölümlə nəticələnib
Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO