×
A
A
A
Sazlamalar

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Bakı, 27 avqust, AZƏRTAC

Çinin Nepal ilə sərhədində yerləşən “Girong” sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 558 nəfər itkin düşüb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, itkin düşənlər arasında 260 əcnəbi vətəndaş da var.
Çinin “Sinxua” agentliyinin məlumatına əsasən, torpaq sürüşməsi avqustun 26-da saat 10:30 radələrində sərhədin Nepal tərəfində baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub.
Hazırda itkin düşənlərin axtarışı və xilasetmə işləri davam etdirilir.

 

Dünya 2026-08-27 08:02:00