


ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb
Bakı, 27 avqust, AZƏRTAC
ABŞ Çinlə əlaqəli haker qrupunun Ədliyyə Nazirliyi, NASA, Federal Ehtiyat Sistemi, Senat və digər həssas dövlət qurumlarının sistemlərinə müdaxilə etdiyini və buna cəhd göstərdiyini açıqlayıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Çin mənşəli haker əməliyyatının qarşısının alındığını və kampaniyada istifadə edildiyi deyilən “QScan” və “QTRouter” adlı iki haker platformasının domenlərinin ələ keçirildiyini bildirib.
Nazirliyin açıqladığı sənəddə ABŞ Energetika Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Milli Sağlamlıq institutları, eləcə də ABŞ və Cənubi Koreyada yerləşən dörd şirkətin hakerlərin hədəfləri sırasında olduğu qeyd edilib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, sözügedən platformalar Çində yerləşən “Nanjing Xinjiuwei Network Technology Company” şirkəti tərəfindən idarə olunub. Nazirlik şirkətin müştəriləri arasında Çinin dövlət təhlükəsizlik orqanı və Çin Xalq Azadlıq Ordusunun olduğunu bildirib.
Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsinə qərar verilib
“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib
Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb
Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək