×
A
A
A
Sazlamalar

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

London, 27 avqust, AZƏRTAC

İngiltərəli aktyor Tim Karri 80 yaşında vəfat edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aktyor daha çox 1975-ci ildə ekranlara çıxan və sonradan kult filmə çevrilən “The Rocky Horror Picture Show” müziklində canlandırdığı “Frenk-N-Ferter” obrazı ilə tanınıb. Karri bu rolu filmdən əvvəl teatr səhnəsində də ifa edib. 1946-cı ildə Uorrinqtonda anadan olan aktyor peşəkar karyerasına 1968-ci ildə Londonda səhnələşdirilən “Hair” rok-müziklində başlayıb. 1973-cü ildə isə Riçard O’Brayenin yeni müziklində doktor “Frenk-N-Ferret” roluna seçilib.
Tim Karri, həmçinin Stiven Kinqin “It” əsərinin 1990-cı il televiziya adaptasiyasında qorxunc kloun Pennivayz obrazını canlandırıb. Aktyor Brodveydəki fəaliyyətinə görə üç dəfə “Tony” mükafatına namizəd göstərilib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-08-27 01:11:00