×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları risklərin və maraqlı tərəflərin idarə olunması barədə məlumatlandırılıblar

Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) əməkdaşların peşəkar inkişafı istiqamətində növbəti təlim layihələrin idarə olunması mövzusuna həsr olunub.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində layihələrin beynəlxalq idarəetmə yanaşmaları, risklərin və maraqlı tərəflərin idarə olunması, effektiv kommunikasiya, eləcə də proqnozlaşdırılan (Predictive), çevik (Agile) və hibrid (Hybrid) yanaşmaların iş proseslərinə uyğun tətbiqi müzakirə olunub.
Təlimin məqsədi yalnız yeni biliklərin qazandırılması deyil, agentlikdə həyata keçirilən proseslərdə daha sistemli, çevik, peşəkar və nəticəyönümlü idarəetmə yanaşmasının gücləndirilməsidir.

İqtisadiyyat 2026-08-26 17:17:00