


Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK
Bakı, 26 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mis konsentratı istehsalı 10 min 667,7 ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8974,3 ton və ya 6,3 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 1653,1 ton və ya 7,5 dəfə artaraq 1908,4 ton olub.
Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə mis konsentratı istehsalı 1693,4 ton, hazır məhsul ehtiyatı isə 255,3 ton təşkil edib.

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb
“Maliyyəçisən” proqramı çərçivəsində təcrübəçilərlə görüş
AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib