×
A
A
A
Sazlamalar

Oman sahillərində neft tankerinə hücum edilib

Bakı, 25 avqust, AZƏRTAC

Böyük Britaniya Oman sahillərində neft tankerinin zədələndiyini açıqlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Omanın Əş-Şişah şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verən hücum nəticəsində gəminin mühərriki sıradan çıxıb.
Kapitan tankerin naməlum mərmi ilə vurulduğunu və nəticədə gəminin hərəkətsiz qaldığını bildirib. Həmçinin gəminin heyətinin təhlükəsiz olduğu diqqətə çatdırılıb.
Hadisə və gəmi ilə bağlı əlavə məlumat verilməyib.

Dünya 2026-08-25 03:31:00