×
A
A
A
Sazlamalar

ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləməyib

Bakı, 25 avqust, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) 50-yə yaxın ölkənin Ukrayna ilə bağlı hazırlayaraq, Birləşmiş Millətlər Təşkilatında (BMT) yaydığı bəyanata qoşulmayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, həmin bəyanatı Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen BMT-nin qərargahında oxuyub.
Bəyanatı Avropa İttifaqına üzv olan və digər ölkələr dəstəkləyib.

 

Dünya 2026-08-25 01:49:00