


ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq
Vaşinqton, 25 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) xəzinədarlıq katibi Skott Bessent İranla iqtisadi əlaqələri kəsməkdən imtina edən ölkələrə qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib.
AZƏRTAC xəbər verir ki, o, bunu keçirdiyi mətbuat konfransında deyib.
Bessentin sözlərinə görə, Tramp administrasiyası rəsmi Tehranı iqtisadi cəhətdən təcrid etmək üçün ABŞ ilə işləmək tələbinə dair dünya liderlərinə müraciətlər ünvanlayıb.
O, Prezident Donald Trampın bununla bağlı hansı ölkələrin rəhbərləri ilə əlaqə saxladığını deməyib, lakin artıq bəzi nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
Çin ABŞ-nin sanksiyalarına qarşı çıxıb
Kanada yeni buzqıran gəmilər inşa edəcək
Böyük Britaniya Ukraynada gedən döyüşlərlə bağlı məlumatlara çıxış əldə edəcək