


ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB
Bakı, 24 avqust, AZƏRTAC
İranla əlaqəli rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına məruz qalan sektorlar arasında olacaq.
AZƏRTAC xarici medaya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İran bu sektorlardan iqtisadiyyatın inkişafı üçün istifadə edir.
Bundan əlavə, vurğulanıb ki, əvvəllər İrana müəyyən pul köçürmələrinə və bu ölkənin ABŞ-nin idman, mədəniyyət və təhsil sistemlərinə çıxışına icazə verən bir neçə lisenziya dayandırılıb.
22:16
Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib.
AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İrana qarşı sanksiya siyahısına təxminən 50 hüquqi və 20-dən çox fiziki şəxs, eləcə də 6 neft tankeri əlavə edilib.
Çin ABŞ-nin sanksiyalarına qarşı çıxıb
Kanada yeni buzqıran gəmilər inşa edəcək
Böyük Britaniya Ukraynada gedən döyüşlərlə bağlı məlumatlara çıxış əldə edəcək