


Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib
Bakı, 24 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin III turunda Rumıniya komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir.
Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.
Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib
“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO
“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO
“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO
İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO