×
A
A
A
Sazlamalar

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Kəlbəcər, 24 avqust AZƏRTAC

İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbinin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva tələbə adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.

Regionlar 2026-08-24 20:23:00