


Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB
“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb
Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO
Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib