×
A
A
A
Sazlamalar

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Bakı, 21 avqust, AZƏRTAC
Bakının da ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub. Arenada azarkeşlər üçün maraqlı şoular təşkil edilib.
Ardınca açılış matçında üz-üzə gələcək Azərbaycan və Portuqaliya milli komandaları arenaya çıxıblar. Hər iki ölkənin bayrağı meydanının mərkəzinə gətirilib və Dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, qarşılaşma saat 19:00-da start götürəcək. Oyuna maraq kifayət qədər böyükdür, tribunalar tam olaraq dolub.
Qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın birgə ev sahibliyi ilə keçiriləcək.
Azərbaycanda C qrupunun (21-28 avqust) görüşləri təşkil olunacaq. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları mübarizə aparacaqlar.

Müxbir - Cavid Əliyev
Fotoqraf – İlkin Cavanşirov

İdman 2026-08-21 18:41:00