


Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar
Bakı, 20 avqust, AZƏRTAC
Xorvatiyanın Pula şəhərində məhkəmə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin partladılmasında iştirak etməkdə şübhəli bilinən Ukrayna vətəndaşının həbsinə qərar verib. Almaniya onun ekstradisiyasını tələb edir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, məhkəmənin məlumatına görə, şəxs Avropa həbs orderi əsasında Almaniyaya təhvil verilməsi məqsədilə həbs olunub.
Almaniyanın Baş Prokurorluğu daha əvvəl bildirib ki, saxlanılan şəxs peşəkar dalğıcdır və 2022-ci ildə Baltik dənizində Bornholm adası yaxınlığında qaz kəmərlərinə partlayıcı maddələrin yerləşdirilməsində iştirak edib.
Prokurorluğun versiyasına görə, diversantlar saxta sənədlərlə Almaniya şirkətindən yelkənli yaxta icarəyə götürərək partlayıcı maddələri “Şimal axını” qaz kəmərlərinə çatdırıblar.
Qeyd edək ki, 2022-ci il sentyabrın 26-da “Şimal axını”nın üç xəttində və “Şimal axını-2”də partlayışlar nəticəsində ciddi dağıntılar baş verib.
Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib
Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar
ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib