


İran XİN: ABŞ-nin yeni sanksiyaları “iqtisadi terrorizm və insanlığa qarşı cinayətdir”
Bakı, 20 avqust, AZƏRTAC
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ administrasiyasının ölkəyə qarşı tətbiq etdiyi yeni və hərtərəfli sanksiya qərarlarına sərt reaksiya verib.
AZƏRTAC xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda Vaşinqtonun bu addımı "iqtisadi terrorizm" və "insanlığa qarşı cinayət" kimi qiymətləndirilib.
Bəyanatda yeni sanksiya qərarlarının 1953-cü il İran çevrilişinin ildönümü ilə eyni vaxta təsadüf etdiyi vurğulanaraq, bunun Vaşinqtonun İran xalqına qarşı 73 ildir davam edən düşmənçilik siyasətinin növbəti təzahürü olduğu bildirilib. Həmçinin hərtərəfli iqtisadi və ticarət məhdudiyyətlərinin bilavasitə İran vətəndaşlarının fundamental insan hüquqlarını hədəf aldığı diqqətə çatdırılıb.
XİN son bir il yarım ərzində ABŞ və İsrailin İrana təzyiq göstərmək və Tehranı öz şərtlərinə tabe etmək cəhdlərinin uğursuzluqla nəticələndiyini qeyd edib. Bəyanatda bu cür təşəbbüslərin İran xalqının müstəqilliyini, ləyaqətini və milli suverenliyini qorumaq əzmini sarsıda bilməyəcəyi vurğulanıb.
Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib
Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar
ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib