


Frankfurt-Çikaqo aviareysini yerinə yetirən “Lufthansa” təyyarəsi Şotlandiyaya məcburi eniş edib
Berlin, 20 avqust, AZƏRTAC
“Lufthansa” aviaşirkətinin Frankfurt-Çikaqo reysini həyata keçirən təyyarəsi göyərtədə yaranan tibbi təcili vəziyyətlə əlaqədar marşrutunu dəyişərək Şotlandiyaya məcburi eniş edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, göyərtəsində 358 sərnişin olan “Boeing 747-8” təyyarəsi Frankfurt aeroportunda havaya qalxdıqdan sonra Şimali Atlantika üzərində olarkən sərnişinlərdən birinin səhhətində problem yaranıb. Sərnişinə mümkün qədər operativ tibbi yardım göstərilməsi üçün pilotlar hava təcili vəziyyəti elan edərək Qlazqo aeroportuna eniş ediblər.
Yanacaq doldurulduqdan və xəstə sərnişinə tibbi yardım göstərildikdən sonra uçuşun Çikaqoya davam etdirilməsi planlaşdırılsa da, Qlazqoda yubanma ekipajın qanunla müəyyən edilmiş iş vaxtını aşmasına səbəb olub. Nəticədə təyyarə Frankfurta qayıdıb və sərnişinlər alternativ reyslərə yönləndirilib.
Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib
Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar
ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib