


Avropa Komissiyası Ukraynaya silah tədarükü üzrə müzakirələri davam etdirir
Bakı, 20 avqust, AZƏRTAC
Avropa Komissiyası (AK) Ukrayna ilə müdafiə məqsədli silah sifarişlərinin verilməsi üzrə müxtəlif səviyyələrdə intensiv müzakirələrin davam etdiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Balaj Ujvari keçirdiyi brifinqdə məlumat verib.
Sözçünün bildirdiyinə görə, Aİ-nin Ukraynaya ayırdığı 90 milyard avroluq kredit paketinin 8,5 milyard avrosu artıq müdafiə ehtiyaclarına yönəldilib. Bu vəsait əsasən raketlər, dronlar və qırıcı təyyarələrin təminatını əhatə edir.
Ujvari vurğulayıb ki, silah sifarişi prosesinə birbaşa Kiyev rəhbərlik edir. Ukrayna döyüş meydanındakı tələblərə uyğun olaraq ehtiyac duyduğu vəsaitləri və xüsusi istehsal planı əsasında lazımi hərbi məhsulların siyahısını özü müəyyənləşdirir.
AK ilə Ukrayna arasında həm siyasi, həm də texniki səviyyədə müzakirələrin fasiləsiz davam etdiyini bildirən Ujvari daxil olan müraciətlərin bir qisminin artıq nəzərdən keçirildiyini və təsdiqləndikcə ictimaiyyətə əlavə məlumat veriləcəyini diqqətə çatdırıb.
Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib
Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar
ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib