×
A
A
A
Sazlamalar

Bu saata olan əsas xəbərlər

 

 

 

AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:

 

 

 

 

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM.

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb.

V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb.

“Azerbaijan.travel” platforması təkmilləşdiriləcək.

Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək.

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq.

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək.

Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır.

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıdır

Bu il Almaniyada yüksək temperaturla əlaqəli ölüm hallarının sayı 14 mini ötüb

Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir

 

Cəmiyyət 2026-08-20 20:00:00