


Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıdır
London, 20 avqust, AZƏRTAC
Sasseks hersoqu Şahzadə Harri və həyat yoldaşı Meqan Markl bu ayın sonunda Böyük Britaniyaya köçməyi planlaşdırırlar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, cütlük ABŞ-dən Böyük Britaniyaya köçərək Londonun kənarında yerləşən, kral ailəsinə məxsus olmayan şəxsi iqamətgahda yaşayacaq. Onların övladları, yeddi yaşlı Şahzadə Arçi və beş yaşlı Şahzadə Lilibet sentyabr ayında Böyük Britaniyada məktəbə başlayacaqlar. Kral III Çarlza cütlüyün qərarı barədə bazar günü məlumat verilib. Hazırda Şahzadə Harri və Meqan Marklın kral ailəsinin rəsmi vəzifələrini yenidən icra etməsi nəzərdə tutulmur və onların rəsmi statusunda hər hansı dəyişiklik gözlənilmir.
Sasseks hersoqu və hersoginyası övladları ilə birlikdə bu ilin iyulunda Kral III Çarlzı Hayqrouvdakı iqamətgahında ziyarət etsələr də, həmin görüş zamanı köç məsələsinin müzakirə olunmadığı bildirilir. Məlumata görə, Kral ötən həftəsonuna qədər onların bu planından xəbərsiz olub. Bununla belə, o, Sasseks ailəsi ilə şəxsi qaydada daha çox vaxt keçirmək imkanını müsbət qarşılayır.
Uels şahzadəsi Uilyam və həyat yoldaşı Şahzadə Ketrinə də Harri və Meqanın Böyük Britaniyaya köçmək planları barədə məlumat verilib.
Macarıstan hökuməti 2030-cu ilə qədər avronu qəbul etməyi hədəfləyir
Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib
Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır
Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıdır
Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhün vacibliyini vurğulayıblar