


Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub
Bakı, 20 avqust, AZƏRTAC
“Paşa Holding”in və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, “ALL Medical” şirkətinin icraçılığı ilə həyata keçirilən Fərqindəlik layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” aksiyası Neftçala rayonunun Aşağı Qaramanlı kənd həkim məntəqəsində keçirilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirmənin artırılması və sakinləri vaxtında tibbi müayinələrdən keçməyə təşviq etməkdir.
Aksiya zamanı Aşağı Qaramanlı kənd sakinlərinə tibbi müayinələrin əhəmiyyəti barədə məlumat verilib və sağlamlıq vəziyyətinə vaxtında nəzarət etməyin vacibliyi diqqətə çatdırılıb.
World Türk kanalı: Zərifə Quliyeva Türk dünyasında əlaqələrin gücləndirilməsinə töhfə verir
Qırğızıstan Azərbaycanın “Elektron məhkəmə” sahəsindəki təcrübəsini öyrənir
Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub