


Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub
Bakı, 19 iyul, AZƏRTAC
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 949 milyon 137,65 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz və ya 59 milyon 884,47 min dollar azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 1 milyard 330 milyon 880,22 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 faiz və ya 44 milyon 113,32 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 10,08 faizini, ümumi idxalının isə 13,47 faizini təşkil edib.
® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib
® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər
Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq
Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub