


Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb
Tbilisi, 19 avqust, AZƏRTAC
Cari ilin ikinci rübündə Gürcüstan Dəmir Yolları ilə 425,8 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında əksini tapıb.
Bildirilir ki, eyni dövrdə sərnişin dövriyyəsinin həcmi 91,7 milyon sərnişin-kilometr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azdır.
Hesabat dövründə yerli nəqliyyat rejimində 408,4 min sərnişin daşınıb ki, bu da dəmir yolu ilə daşınan ümumi sərnişin sayının 95,9 faizini təşkil edir və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz azdır.
Beynəlxalq nəqliyyat rejimində isə 17,4 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3,5 dəfə çoxdur. Beynəlxalq nəqliyyat rejimində daşınan sərnişinlərin 33,4 faizi Azərbaycandan, 21,4 faizi Ermənistandan, 33,7 faizi Azərbaycan istiqamətində, 11,5 faizi isə Ermənistan istiqamətində yola düşüb.
Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır
Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var
Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb
Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb