


İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs
London, 19 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Endi Börnhem bu qış İngiltərədə küçədə yatan bütün evsiz şəxslərə yaşayış yeri təklif ediləcəyini açıqlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, iyul ayında Baş nazir vəzifəsinin icrasına başlayan Endi Börnhem küçədə gecələməyə son qoymağı əsas vədlərindən biri kimi irəli sürmüşdü. Baş nazir indi hökumətin Milad bayramınadək bütün küçə evsizlərini müvəqqəti yaşayış yerləri ilə təmin etmək istədiyini bildirib.
Plan çərçivəsində küçədə gecələmək məcburiyyətində qalan şəxslərə təcili yaşayış yerləri, eləcə də sağlamlıq problemləri ilə bağlı praktiki dəstək göstəriləcək. Bu məqsədlə 442 milyon funt sterlinq həcmində maliyyə paketi nəzərdə tutulub. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin payızında İngiltərədə bir gecə ərzində küçədə yatan insanların sayı təxminən 4793 nəfər olub. Bu göstərici beş il ərzində 96 faiz artıb.
Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır
Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var
Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb
Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb