×
A
A
A
Sazlamalar

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

Tbilisi, 19 avqust, AZƏRTAC
Cari ilin ikinci rübündə Gürcüstanda dəmir yolları ilə 3,9 milyon ton yük daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, daşınan yüklərin 6,7 faizini daxili, 33,5 faizini tranzit istisna olmaqla beynəlxalq, 59,8 faizi isə tranzit yükdaşımaları təşkil edib.
Bu ilin ikinci rübündə beynəlxalq dəmir yolu yükdaşımalarının ümumi həcminin 75,3 faizi idxalın, 24,7 faizi isə ixracın payına düşüb.
Məlumatda deyilir ki, ikinci rübdə dəmir yolu ilə idxal edilən yüklərin ümumi həcminin 38 faizi Rusiyanın, 22,7 faizi Azərbaycanın, qalan 39,3 faizi isə digər ölkələrin payına düşüb.
Hesabat dövründə dəmir yolu ilə daşınan yüklərin ümumi həcminin 17,4 faizi Ermənistanın, 10,1 faizi Rusiya Federasiyasının və 7,1 faizi Qazaxıstanın, qalan 65,4 faizi isə digər ölkələrin payına düşüb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-08-19 12:57:00