


Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
Bakı, 18 avqust, AZƏRTAC
Almaniyanın Heydelberq şəhərində keçirilmiş paracüdo üzrə Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, 1 qızıl və 3 bürünc medal əldə edən paracüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda ailə üzvləri və media nümayəndələri qarşılayıblar.
Azərbaycan yığmasının heyətində J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində çıxış edən İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub. Təcrübəli idmançı ötən il qazandığı titulunu qoruyub.
Dürsədəf Kərimova (+70 kiloqram, J2), Xatirə İsmiyeva (+70 kiloqram, J1) və Saleh Sultanov (81 kiloqram, J1) isə turniri bürünc medalla başa vurublar.
Saleh Sultanov üçün bu, Avropa çempionatında qazandığı ilk medal olub.
Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək
“Səbail” yeni futbolçu transfer edib
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?