


Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb
Bakı, 18 avqust, AZƏRTAC
Maliyyə Nazirliyi beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədini açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənəd cari ilin ilk altı ayında makroiqtisadi vəziyyəti, dövlət və icmal büdcələrinin icrasına dair dəqiqləşdirilmiş məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri özündə ehtiva edir.
Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir
Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb
Nazirlik: Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib
İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir