


FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib
Bakı, 15 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, FHN əhaliyə təkrar müraciət edərək, küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə vurğulanır.
Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
Ötən gün 73 cinayətin açılması təmin olunub
FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib
Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB