


Quba rayonunda zəlzələ baş verib
Bakı, 14 avqust, AZƏRTAC
Quba rayonunda zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 20:56-da baş verən zəlzələnin maqnitudası 4,9 olub, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bala yaxın hiss olunub.
Quba rayonunda zəlzələ baş verib
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub