


Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
Tovuz, 13 avqust, AZƏRTAC
Tovuzda selin gəlməsi nəticəsində çayda qalan iki nəfər xilas edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Zəyəm çayının rayonun Şamlıq kəndi ərazisindən keçən hissəsinə yağış nəticəsində güclü sel gəlib. Nəticədə çayın ortasında olan iki şəxs kənara çıxa bilməyib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Çayın ortasında köməksiz vəziyyətdə qalanlar - 1971-ci il təvəllüdlü Y.Hümbətov və 1984-cü il təvəllüdlü S.İbrahimov xilasedicilər tərəfindən sudan kənara çıxarılıb. Hər iki şəxs aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, bu gün yağan yağışdan sona Zəyəm çayına güclü sel gəlib.
Müxbir- Ruslan Novruzoğlu
Biləsuvarda 44 yaşlı kişi kəsici alətlə qətlə yetirilib – 16 yaşlı şübhəli saxlanıldı
Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
Naxçıvanın sosial-iqtisadi inkişafına dövlət dəstəyi VİDEO
Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb
Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO