


BDU-da Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Abituriyent Məlumat Mərkəzinin yaradılmasında əsas məqsəd ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlərin BDU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə dolğun məlumatlandırılmasını təmin etmək, ixtisas seçimi prosesində onların maraq və gözləntilərinə uyğun düzgün istiqamətləndirilməsinə dəstək olmaq və tədrislə bağlı suallarının operativ cavablandırılmasını həyata keçirməkdir.
Mərkəz avqustun 19-dək həftənin hər günü saat 10:00-dan 18:00-dək BDU-nun əsas tədris binasının I mərtəbəsində fəaliyyət göstərəcək.
BDU-da Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb
BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə
Azyaşlı öyrənənlər üçün ingilis dili imtahanına qeydiyyat başlayıb
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə iki ixtisas üzrə tələbə qəbulu aparılır
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb