


M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2026-cı il