×
A
A
A
Sazlamalar

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Bakı, 7 avqust, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026/2027-ci tədris ili üçün qaliblərinin məzun olduqları ali təhsil müəssisələri üzrə ilk onluq açıqlanıb.
Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, məzun sayına görə (51) birinci yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qərarlaşıb. Məzun sayına görə sonrakı yerlərdə ADA Universiteti (45), Bakı Dövlət Universiteti (45), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (41), Bakı Ali Neft Məktəbi (40), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (22), Bakı Mühəndislik Universiteti (22), Azərbaycan Dillər Universiteti (12), Milli Aviasiya Akademiyası (10) və Xəzər Universiteti (10) qərarlaşıb.

Elm və təhsil 2026-08-07 16:18:00