


Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
Bakı, 7 avqust, AZƏRTAC
Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə sınaq imtahanları keçirilir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, imtahanlarda hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.
Sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.
Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar