


Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO
İstanbul, 6 avqust, AZƏRTAC
Türkiyənin Antalya vilayətində yerləşən Aspendos Antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı sağlamlıq tanrısı Asklepios və oğlu Telesforu birlikdə təsvir edən, hündürlüyü 2,20 metr olan mərmər heykəl qrupu aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyədə həyata keçirilən “Gələcəyə Miras” layihəsi çərçivəsində üzə çıxarılan və Roma İmperatorluğu dövrünə aid edilən heykəl qrupu Teatr küçəsində, Şərq meydanındakı Monumental Qapının şimal qanadının qalıqları arasında tapılıb. Eramızın II əsrinin son rübünə aid edilən əsər bədii xüsusiyyətləri və ikonoqrafik quruluşu ilə diqqət çəkir.
Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, tapıntı Aspendosda sağlamlıq kultları, dini inanclar və şəhər həyatı ilə bağlı mühüm elmi məlumatlar təqdim edir.
Arxeoloqların fikrincə, Asklepios müalicə və sağlamlığın qorunmasını, Telesfor isə sağalma və reabilitasiya mərhələsini simvolizə edir. Hər iki fiqurun eyni kompozisiyada təsvir olunması antik dövrdə şəfa anlayışının bütöv şəkildə ifadə edildiyini göstərir.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO