


Media: Böyük Britaniya həbsxanalarında yüzlərlə məhbus və əməkdaş xərçəng riski ilə üzləşə bilər
London, 5 avqust, AZƏRTAC
Böyük Britaniya hökumətinin apardığı yoxlamalar nəticəsində 9 həbsxanada xərçəngə səbəb ola bilən radon qazının təhlükəli səviyyədə olduğu müəyyən edilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, yüzlərlə məhbus və həbsxana əməkdaşı bu zərərli qazın təsirinə məruz qalmış ola bilər.
Məlumata görə, ötən ayın nəticələrinə əsasən, Dartmur, Lidz, Meydston, Portland, Vern, Linkoln və daha bir neçə həbsxanada radonun səviyyəsi icazə verilən həddi aşıb. Bu ilin mart ayında yayılan məlumatlarda Ədliyyə Nazirliyinin Böyük Britaniya üzrə 42 həbsxana və probasiya müəssisəsində təhlükəli radon səviyyələri qeydə aldığı açıqlanmışdı.
2024-cü ildə Devon qraflığında yerləşən Dartmur həbsxanası əməkdaşların və məhbusların uzun müddət qanunla icazə verilən həddən yüksək radiasiyaya məruz qalması səbəbindən bağlanmışdı. Son rəsmi məlumatlara əsasən, indiyədək 24 həbsxanada ən azı bir dəfə radon qazının səviyyəsi qanuni normanı aşıb.
ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb
Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar
Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər
Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb