


İzmirdə azərbaycanlı mütəxəssisin musiqi terapiyası təqdim olunub
İstanbul, 5 avqust, AZƏRTAC
Türkiyənin İzmir vilayətinin Şirincə qəsəbəsində yerləşən Aziz Nesin adına Riyaziyyat Kəndində (“Matematik Köy”) “Sözlərin ötəsində” mövzusunda poetik-musiqili gecə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, proqramda təxminən 30 ildir Türkiyədə yaşayan həmvətənimiz, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqi terapevti və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış musiqi terapiyası mütəxəssisi Züleyxa Abdullayeva, həmçinin şair, bədii və elmi kitabların müəllifi Sərgun Ağar iştirak ediblər.
“Səssizlik danışarkən” mövzusuna həsr olunan gecədə Sərgun Ağarın şeirləri Züleyxa Abdullayevanın royalda ifa etdiyi improvizasiyalarla təqdim olunub. Şeir və musiqinin vəhdəti üzərində qurulan proqramda musiqi terapiyasının ifadə və ünsiyyət imkanlarına da diqqət yetirilib.
Tədbir çərçivəsində Züleyxa Abdullayevanın bəstələdiyi “Qəbul et” adlı əsər də səsləndirilib.
Poetik-musiqili gecə iştirakçıların fikir mübadiləsi ilə başa çatıb.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO