


“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş edilib
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqında şəhid, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyatçı Adil Rüstəmovun xatirəsinə həsr olunmuş “Ölümsüz qəhrəman” sənədli filminin nümayişi baş tutub.
AZƏRTAC xəbər verir ki, sənədli filmdə şəhid Adil Rüstəmovun həyat və şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında işıqlandırılıb.
Ekran əsəri Bakı və Zəngilan şəhərlərində lentə alınıb və “Nova Gorica” Kino Mərkəzində istehsal olunub.
Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Yağmur İbrahimov, bədii rəhbəri Tahir Tahiroviç, icraçı prodüseri Kənan Kərimov, prodüseri isə Aslan Abdullayevdir. Film “Euroclima”nın dəstəyi ilə ərsəyə gəlib.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO