×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

Bakı, 4 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan I Liqasında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, I turun oyunları aşağıdakı cütlərdən ibarət olacaq:
MOİK – "Şahdağ Qusar"
"Şimal" – "Cəbrayıl"
"Xankəndi" – "Səbail"
"Mingəçevir" – "Zaqatala"
"Baku Sportinq" – "Karvan-Yevlax"
Püşkatma zamanı, həmçinin çempionatın I və II dövrələrinin oyun təqvimi müəyyənləşdirilib. I Liqada yeni mövsüm sentyabrın 3-də başlayacaq.

İdman 2026-08-04 16:02:00