


“Gəncə” yeni basketbolçu transfer edib
Bakı, 4 avqust, AZƏRTAC
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Gəncə" basketbol komandası Əlibəy Məmmədli ilə razılıq əldə edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 21 yaşlı oyunçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Ötən mövsümü "Naxçıvan"da kapitan statusunda keçirən müdafiəçi Gəncə təmsilçisi üçün yad sima deyil. Ə.Məmmədli 2023-2024-cü illər mövsümündə yerli komandanın şərəfini qoruyub.
U-18 və U-20 millilərinin heyətinə cəlb olunmuş basketbolçu kişilərdən ibarət 3×3 yığmasının da üzvüdür.
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb