×
A
A
A
Sazlamalar

İqnasio Kassis: Azərbaycanın sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk VİDEO

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycanın geosiyasi mövqeyi ölkənizə mühüm hab rolunu oynamaq imkanı yaradıb. Görüş zamanı bu imkanlar ətrafında da fikir mübadiləsi apardıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
“Eyni zamanda, Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə etdik. Sülh sazişinin paraflanmasından bir il ötür. Ölkənizin bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirir və bunu məmnunluqla qarşılayırıq”, - deyə İqnasio Kassis əlavə edib.

Müxbir - Elmir Səftərov
Fotoqraf - Tofiq Babayev
Operator - Şövqi Əzizov

Siyasət 2026-08-04 13:36:00

Video