


Ceyhun Bayramov: Keçirilən görüşlərin regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq
Bakı, 4 avqust, AZƏRTAC
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə görüşdə ikitərəfli münasibətləri, İsveçrənin sədri olduğu təşkilatlar çərçivəsindəki fəaliyyətini, mövcud vəziyyəti və perspektivləri, eyni zamanda, Azərbaycan-İsveçrə ikitərəfli gündəliyini, regionumuzdakı postmünaqişə vəziyyətini, Azərbaycan-Ermənistan normallaşma prosesini və bir sıra digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, aparılan faydalı fikir mübadiləsinin və keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin gələcək inkişaf dinamikasına, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq.
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO