


Livan nümayəndə heyəti İsraillə danışıqlar üçün Romaya yollanır
Bakı, 4 avqust, AZƏRTAC
Livan ABŞ-ın vasitəçiliyi ilə İsraillə aparılan danışıqların növbəti mərhələsində iştirak etmək üçün Romaya genişləndirilmiş nümayəndə heyəti göndərir.
AZƏRTAC "Əl-Ərəbi Əl-Cədid" nəşrinə istinadən xəbər verir ki, diplomat Simon Karamin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə hərbi ekspertlər, səfirlər, hüquqşünaslar və iqtisadi müşavirlər daxildir.
Beyrut görüşdə İsrailin Livanın cənubundakı hərbi əməliyyatlarının tam dayandırılmasında israr edəcək. İyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinə əsasən, əməliyyatların dayandırılması, İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi və Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsi müzakirə olunur.
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb