


"Euronews" Azərbaycanın milli mətbəxindən bəhs edən reportaj hazırlayıb
Bakı, 4 avqust, AZƏRTAC
Tanınmış "Euronews" telekanalı Azərbaycanın zəngin milli mətbəxinə, xüsusilə ölkənin ən məşhur ənənəvi xörəkləri olan düşbərə və gürzəyə həsr olunmuş reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, materialda bu yeməklərin Azərbaycan mətbəxində xüsusi yer tutduğu vurğulanır.
Qeyd edilir ki, miniatür ölçüləri ilə seçilən düşbərə ət içliyi ilə hazırlanır və ənənəvi qaydada ətirli bulyonla süfrəyə verilir. Gürzə isə daha iri həcmi və ilanı xatırladan xarakterik hörmə bükümü ilə fərqlənir.
Müəllif qeyd edir ki, bu nemətlərin tərkibi sadə olsa da, hazırlanması böyük ustalıq və səbir tələb edir. Düşbərə və gürzənin bükülmə sirləri nəsildən-nəslə ötürülərək bu günədək qorunub saxlanılıb.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO